Musayev

Musayev İdman 10-02-2023, 18:30

Lionel Messidən Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək

Lionel Messidən Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək
Argentinalı ulduz futbolçu Lionel Messi Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək kampaniyasına qoşulub. Bu barədə Türkiyə millisinin futbolçusu, hazırda “Atlanta”nın oyunçusu olan Merih Demiral bildirib.

Türkiyə millisinin oyunçusu Kahramanmaraşda zəlzələdən zərər çəkənlərə kömək etmək üçün dünya şöhrətli futbolçuların formalarını toplayaraq, onların hərracından gələn gəliri Ahbap Dərnəyinə bağışlayır. İndiyə kimi məşhurlardan Kriştianu Ronaldu, Paulo Dibala və Leonardo Bonuççi bu kampaniyaya dəstək olmuşdular. Messi də onlardan kənarda qalmayıb və imzalı forması ilə dəstək olub.

“Növbədə Lionel Messidir; biz Leonun oyun zamanı geyindiyi və imzaladığı formasını hərraca çıxarırıq”, - deyə Türkiyə millisinin oyunçusu vurğulayıb.

Formanın hərracından əldə edilən gəlir Ahbap Dərnəyinə bağışlanacaq.
[center][/center]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
384 374 390 352 377 411

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.