n2006

n2006 İdman 7-04-2023, 22:55

“Qəbələ” doğma meydanda “Zirə”ni məğlub edib

“Qəbələ” doğma meydanda “Zirə”ni məğlub edib
[Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.

LoaDinG.Az xəbər verir ki, turun açılış oyununda “Qəbələ” klubu “Zirə”ni qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda “Qəbələ”nin heyətində Roman Maçada və Ruan Renato fərqləniblər. “Zirə”nin qolunu isə Eldar Quliyev vurub.

Bu qələbədən sonra xallarının sayını 39-a çatdıran “Qəbələ” “Zirə”ni qabaqlayaraq dördüncü pilləyə yüksəlib. Otuz səkkiz xalı olan paytaxt klubu isə beşinci sıraya geriləyib.

Qeyd edək ki, turun "Səbail" - "Sabah" və "Sumqayıt" - "Neftçi" oyunları aprelin 8-də, "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları isə ertəsi gün keçiriləcək./color]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
319 331 326 315 250 314

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.