ice berg

ice berg İdman 19-09-2023, 18:00

Türkiyə millisinin yeni baş məşqçisi kim olacaq?

Türkiyə millisinin yeni baş məşqçisi kim olacaq?
Almaniyalı Ştefan Kuntsla yollarını ayıran futbol üzrə Türkiyə millisində baş məşqçi postuna iki namizəd var.

Məlumata görə, Türkiyə Futbol Federasiyası (TFF) iki gün ərzində yeni çalışdırıcının adını açıqlayacaq. Yığma ya yerli mütəxəssis Abdullah Avcıya, ya da italyan Vinçentso Montellaya həvalə ediləcək.

TFF öncə A.Avcı ilə görüşüb və ilkin razılıq əldə edilib. Lakin daha sonra Montella variantı yaranıb. Tərəflər İtaliyada görüşüblər. Montella təklifə isti yanaşıb.
Qeyd edək ki, son iş yeri "Trabzonspor" olan Abdullah Avcı bu ilin martından işsizdir. Vinçentso Montella isə son olaraq Türkiyədə "Adana Demirspor"u çalışdırıb. O, bu yay postunu tərk edib

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 365 317 311 319 297

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.