ice berg

ice berg Sevgi 2-05-2024, 22:00

O sevgilər suçiçəyi xəstəliyi kimi hər kəsin həyatında bir dəfə olur

O sevgilər suçiçəyi xəstəliyi kimi hər kəsin həyatında bir dəfə olur
İlk sevgidə adam onun məhləsindəki iti,pişiyi,işıq dirəyini belə sevir.Pəncərələrini rəngləyən ustaları da sevirsən.O boyanın damcılarından neçəsi yerə düşdü,onu da bilirsən.Telefonda danışanda evdən gələn pişiyin səsi də sənin üçün mövzu olur.Yolun qırağında onun gedib-gəldiyi marşrutun içinə boylanırsan.Bilirsən ki,o orda deyil, evdədi.Amma avtobusa yenə də baxırsan.O ehtimalla yaşayırsan.O sevgilər suçiçəyi xəstəliyi kimi hər kəsin həyatında bir dəfə olur.Sonrakı sevgilərdə siniri çəkilmiş diş kimi bir şey olursan.Nə isti təsir edir,nə də soyuq.Sonrakı sevgilər yamsılamadı.Hirsin də təkrardı, darıxmağın da, ağlamağın da...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
481 405 364 333 374 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.