Sun.Az - Həyat Hekayəni Yarat
reklam
ice berg

ice berg İslam Dini 7-07-2024, 20:00

Dini kitablarda adı çəkilən Miqdad kim olub?

Dini kitablarda adı çəkilən Miqdad kim olub?
Sun.Az xəbər saytı
Miqdad Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur səhabələrindəndir. Ərəbistanın cənubundakı Hazramaut məntəqəsində doğulmuşdu, atasının adı Əmr idi.

Lakin vətənində bir nəfərlə döyüşüb onu ağır yaraladığı üçün qaçıb Məkkəyə gəlmişdi. Məkkədə Əsvəd adlı şəxs onu oğulluğa götürdü. Buna görə də tarix kitablarında onun adını Miqdad ibn Əsvəd kimi qeyd etmişlər.

Miqdad İslamın ilk günlərində iman gətirmişdi, hətta bəzi müəlliflər onu ilk 7 müsəlmandan biri hesab edirlər. Peyğəmbərin hədislərində behiştin həsrətlə gözlədiyi 4 nəfərin sırasında Miqdadın da adına rast gəlirik (İmam Əli (ə), Salman və Əbuzərlə yanaşı).

Miqdadın adı şiə mənbələrində xüsusi ehtiramla çəkilir. İmamlardan rəvayət edilən hədislərdə bildirilir ki, Miqdad bir an da olsa İmam Əlinin (ə) haqq yolda olduğuna şübhə etməmiş, onu tək buraxmamışdır.

Hətta hədislərin birində “həmin günlərdə Miqdadın qəlbi polad kimi möhkəm idi” deyə buyurulur. İmam Cəfər Sadiq (ə) İslam ümməti içində Miqdadın yerini Qurani-Kərim mətnində “əlif” hərfinin yerinə bənzədirdi.

Miqdad hicri 33-cü ildə (miladi 653/654-cü illər) Mədinə yaxınlığında vəfat etmiş və Bəqi məzarlığında dəfn olunmuşdur.

/color]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
150 176 127 95 126 87

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.