HASANLY

HASANLY Məşhurlar 31-12-2024, 17:14

Argentinada məşhur müğənninin ölümünə görə beş nəfərə qarşı ittiham irəli sürülüb

Argentinada məşhur müğənninin ölümünə görə beş nəfərə qarşı ittiham irəli sürülüb
Argentinanın paytaxtı Buenos-Ayresdə hotelin eyvanından yıxılaraq dünyasını dəyişən məşhur "One Direction" pop qrupunun keçmiş solisti Liam Peynin ölümü ilə bağlı beş nəfərə qarşı ittiham irəli sürülüb.

Loading.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Argentina prokurorluğunun informasiya portalı məlumat yayıb.

Qeyd olunur ki, hotelin işçisi və ofisiant mərhum müğənnini narkotiklə təmin etməkdə ittiham edilib.

Peynin nümayəndəsi, eləcə də hotel meneceri və administratora qarşı qətl ittihamı irəli sürülüb. Məhkəmə hotel işçilərini müğənninin emosional vəziyyətini görərək, həkimlər gələnə qədər onu təhlükə mənbələrindən qorumamaqda günahlandırılırlar.

Xatırladaq ki, 31 yaşlı Peyn oktyabrın 16-da Buenos-Ayresdəki hoteldə ölü tapılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
254 196 227 175 174 214

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.