_Gйпеl_

_Gйпеl_ İslam Dini 18-05-2026, 15:30

İtaət edilməyə ən çox haqq sahibi kimdir?

İtaət edilməyə ən çox haqq sahibi kimdir?

Sual: İtaət edilməyə kim daha çox haqlıdır: Ər yoxsa onun anası? Əgər ərin anası ərin əmr etdiyi şeyə müxalif bir şey əmr edərsə, bu halda kimə itaət edilir? Xüsusilə əgər ər və zövcəsi onun atasının evində birgə yaşayarlarsa.


Cavab: Şəriət dəlillərinin bir çoxu dəlalət edir ki, qadının ərinə itaət etməsi digər insanlara itaət etməsindən öndədir, hətta qadının valideynlərindən belə. Belə olan halda digərlərindən necə ?!


Şeyxülislam ibn Teymiyyə (رحمه الله) bu haqda demişdir: "Əgər qadın evlənərsə, ərinin onun üzərində ata-anasından daha çox mülkiyyəti vardır və ərinə itaət etməsi onun üzərinə daha vacibdir"



Həmçinin demişdir: "Alimlərin ittifaqı ilə qadın atasının, yaxud anasının, yaxud valideynlərindən başqasının əmr etməsindən asılı olmayaraq, ərinin icazəsi olmadan evdən çıxa bilməz". [Məcmu'ul-Fətəva, 32/261]


Ərin atasının (qayınata), yaxud anasının (qayınana) qadının üzərində heç bir hökmranlığı yoxdur və ərinin qəbul edib-etməməsindən asılı olmayaraq, qadın ərin valideynlərinin ona əmr etdikləri şeyə görə itaət etməyə borclu deyildir.


Daimi Araşdırmalar Komitəsinin alimləri demişlər: "Şəriətdə arvadın ərinin anasına kömək etmək məcburiyyətində olmasına dəlalət edən heç bir şey yoxdur, yalnız yaxşı işlər çərçivəsində və gücü çatan qədər ərinin ailəsinə yaxşı davranması və lazım olduğu qədər qulluğunda dayanması istisnadır" (Əl-Ləcnə əd-Dəimə, 19/264-265).


Bundan sonra; ağıllı və müdrik ərin vəzifəsi, arvadını ailəsi ilə hər hansı toqquşmadan və ya onlarla qarşıdurmadan xilas etsin və ən başdan bu işləri öz nəzarətinə götürsün. Aralarındakı məsələlərdə islah üçün mülayim davranmağa çalışsın, ixtilafın qarşısını alsın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
107 118 118 133 122 146

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.