Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 26-12-2018, 19:19

Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib – KİV

Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib – KİV
Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib.

Bu barədə “Telegram”da yayımlanan “Ploxoy leytenant” telekanalı məlumat yayıb. Hadisə 30 yaşlı dağıstanlı döyüşçünün həmyerliləri ilə Rusiyadan Türkiyəyə uçmaq istədiyi vaxt baş verib.

Rusiya Sərhəd Xidmətinin əməkdaşları Nurməhəmmədovun məşhurluğuna əhəmiyyət verməyərək, onu hava limanındakı nəzarət-buraxılış məntəqəsində sorğu-sual ediblər. Dindirmə üçün gələn əməliyyatçılar az sonra qəzəbli idmançı ilə şəkil çəkdiriblər və onun tezliklə keçməsinə kömək göstəriblər.

“O, Mişa və daha bir əməkdaşla şəkil çəkdirdikdən sonra qalanlarının istəyini rədd edərək, uçdu”, – Rusiya Sərhəd Xidmətinin əməkdaşı söyləyib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov “Diriliş Ertuğrul” serialının çəkiliş prosesini izləmək üçün Türkiyədə olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
358 403 378 338 367 382

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.